Türk futbolçu yerdə yatdı (FOTO)

Türk futbolçu yerdə yatdı (FOTO)
XƏBƏR 5 İyul 2013 / 18:52 2644
-  A +

"Liverpul"un 19 yaşlı türkəsilli alman futbolçusu Səməd Yeşil yaşıl meydanda yatmaq məcburiyyətində qalıb.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, dünən baş tutan iki hazırlığın ardından oyunçu klubun bazasının yolunun tapmaqda çətinlik çəkib.

Yorğunluqdan yerdə uzanan futbolçu elə oradaca yatıb. Komanda yoldaşları isə Səmədi 2 saatdan sonra tapa biliblər. Oyunçunun yerdə yatmış olduğu vəziyyətin fotosunu isə "Liverpul"un digər futbolçusu Henos Mukendi çəkərək İnstaqramda paylaşıb.

Qeyd edək ki, Səməd milli komanda olaraq Almaniya və Türkiyə arasında hələlik seçim etməyib.

Son xəbərlər
topaz banner