Qvardiola: "Messi və Neymar..."

Qvardiola: "Messi və Neymar..."
XƏBƏR 5 İyul 2013 / 18:35 4192
-  A +

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola keçmiş komandası "Barselona"da Messi və Neymarın birlikdə oynaması və İspaniya millisi haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis "Marca"ya müsahibəsində Messi və Neymar ikilisinin əməkdaşlığının uğurlu olacağını deyib:
 
"Futbol tarixinin ən yaxşı futbolçusu ilə başqa oyunçu bir araya gələcək. Onların birlikdə çox yaxşı oyun nümayiş etdirəcəklərindən əminəm".

Konfederasiyar kubokunda İspaniyanın Braziliyaya 0:3 hesabı ilə məğlub olmasını da şərh edən Qvardiola bildirib ki, bu məğlubiyyət İspaniyanın geriləyəcəyini göstərmir:

"İspaniya futbolu son zamanlar çox önəmli gənc oyunçular yetişdirir. Buna görə də milli komandanın gələcəyi haqqında heç bir narahatlıq keçirmirəm".

Son xəbərlər
topaz banner