"Ronaldo Madriddən ayrılsa, "Real" məhv olar"

"Ronaldo Madriddən ayrılsa, "Real" məhv olar"
XƏBƏR 5 İyul 2013 / 18:04 3003
-  A +

"Real"ın (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldonun meneceri Xorxe Mendes hücumçunun komandada qalıb-qalmayacağı ilə bağlı önəmli açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, Mendes "Radio Mana Mana"ya müsahibəsində portuqaliyalı oyunçunun Madrid klubundan ayrılıb-ayrılmayacağı ilə bağlı dəqiq bir şey deməyin mümkünsüz olduğunu deyib:

"Böyük ehtimalla, Ronaldo komadada qalacaq. Çünki, Ronaldo klubdan ayrılsa, "Real" məhv olar" - deyə Mendes bildirib.

Qeyd edək ki, 28 yaşlı hücumçu ilə "Mançester Yunayted", PSJ və "Monako"nun da yaxından maraqlandığı iddia edilir.

Son xəbərlər
topaz banner