Türkiyə Futbol Federasiyası legioner limitini dəyişmədi

Türkiyə Futbol Federasiyası legioner limitini dəyişmədi
XƏBƏR 5 İyul 2013 / 16:37 2401
-  A +

Türkiyə Futbol Federasiyası (TFF) legioner limiti ilə bağlı son qərarını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, qurum bundan əvvəl verdiyi qərarda limitin "6+0+4" olaraq göstərmişdir.

Lakin Türkiyə klubları bu qərara etiraz edərək limitin "6+2+2" sxemində olması üçün müraciət etmişdi.

TFF bu gün keçirdiyi iclasda limitin daha öncə qəbul edildiyi kimi "6+0+4" olmasını davam etdirmək qərarı verib. Yəni, bundan sonra hər bir klubun heyətində yalnız 10 əcnəbi futbolçu yer ala bilər ki, onlardan 6-sı iştirakçılar ərizəsinə salınacaq.


Son xəbərlər
topaz banner