Klopp: "Bu, Qvardiolanı çətin vəziyyətə salacaq"

Klopp: "Bu, Qvardiolanı çətin vəziyyətə salacaq"
XƏBƏR 5 İyul 2013 / 16:13 2391
-  A +

"Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp "Bavariya"nın yeni çalışdırısı Pep Qvardiolanın üzərində böyük təzyiq olduğunu deyib.

Qol.Az-ın məlumatına görə, alman mütəxəssis "Bild"ə açıqlamasında bunun səbəbini belə əlaqələndirib:

"Yeni bir kluba gəldiyiniz zaman uyğun şərtlərlə çalışmaq fürsəti əldə edə bilərsiniz. Amma Haynkesin ötən mövsüm əldə etdiyi uğurlar Qvardiolanı çətin vəziyyətə salacaq. Bundesliqada çalışan bütün məşqçilər o, buraya gəldiyi üçün çox xoşbəxtdir. Çünki Pep maraqlı və uğurlar əldə edən baş məşqçi olmaqla yanaşı, həm də yaxşı insandır" - deyə Klopp bildirib.

Son xəbərlər
topaz banner