Balotelli "İbrahimoviç" dedi

Balotelli "İbrahimoviç" dedi
XƏBƏR 5 İyul 2013 / 15:52 2651
-  A +

"Milan"nın futbolçusu Mario Balotelli keçmiş komanda yoldaşı Zlatan İbrahimoviç və "Yuventus"un yeni transferi Karlos Tevez haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, italiyalı hücumçu "Sportmediaset"ə müsahibəsində komandasının yaxşı uğurlar əldə etməsi üçün İbrahimoviçin heyətə gətirilməsinin vacib olduğu deyib:

"Hazırda komandamızın heyəti yaxşıdır. Ancaq Avropada yaxşı uğurlar əldə etmək istəyiriksə, səviyyəli transferlər etməliyik. Əgər komandaya kimin gətirilməsini məndən soruşsaydılar, mən Zlatan İbrahimoviç deyərdim. Çünki o, mən və Əl Şaaravi birlikdə yaxşı işlər görə bilərik".

"Yuventus"un Karlos Tevezi transfer etməsinə də münasibət bildirən Balotelli deyib: "Yuventus"dan qorxmuram. Hər kəsə hörmətim olsa da, heç kəsdən çəkinmirəm. Tevez mənim çox yaxşı dostumdur. Ona "Milan"a gəlməsini söylədim, amma məni eşitmədi".

Son xəbərlər
topaz banner