Xabi Alonso "Real"la müqavilə yeniləmək istəmir

Xabi Alonso "Real"la müqavilə yeniləmək istəmir
XƏBƏR 5 İyul 2013 / 15:33 2148
-  A +

"Real" (Madrid) klubunun futbolçusu Xabi Alonso Madrid təmsilçisi ilə müqaviləni yeniləmək niyyətində deyil.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispan yarımmüdafiəçi klubunun təklif etdiyi yeni müqaviləni qəbul etməyib.
 
Səbəb isə oyunçunun sözləşməsi bitdikdən sonra başqa komandada forma geyinmək istəməsidir. Madrid klubunun isə X.Alonsonun təzminat qiymətini almaq üçün futbolçunu bu mövsüm başlamadan öncə satacağı bildirilir.

Qeyd edək ki, "Real"ın prezidenti Florentino Perez yaxın zamanlarda Alonso ilə yenidən bir araya gələrək danışıqlar aparacaq.

Xatırladaq ki, ispan yarımmüdafiəçini Madrid klubu ilə müqaviləsi 2015-ci ildə bitir.


Son xəbərlər