Mourinyo "Liverpul"un hücumçusunu istəyir

Mourinyo "Liverpul"un hücumçusunu istəyir
XƏBƏR 5 İyul 2013 / 13:58 2734
-  A +

"Liverpul" klubunun hücumçusu Luis Suarez karyerasını "Çelsi"də davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, "Çelsi"nin baş məşqçisi Joze Mourinyo uruqvaylı futbolçunu yeni mövsümdən komandasında görmək istəyir.

London təmsilçisi 26 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 40 milyon avro təklif edib. Suarezin "Çelsi"də illik qazancı da bəlli olub. Belə ki, Suarez "Çelsi"də ilinə 5,5 milyon avro qazanacaq.

Qeyd edək ki, Suarez ötən mövsüm keçirdiyi 44 oyunda 30 qola imza atıb.


Son xəbərlər