Bakı “İnter”inin menyusuna: bu komandanı uda bilmədiniz

Bakı “İnter”inin menyusuna: bu komandanı uda bilmədiniz
XƏBƏR 5 İyul 2013 / 13:48 2508
-  A +

Bakının “İnter” klubunun Avropa Liqasının I təsnifat mərhələsindəki ilk görüşündə məğlub edə bilmədiyi Finlandiya “Mariehamn”ı evinə bütün nəqliyyat vasitələrindən istifadə etməklə qayıdıb. Lent.az-ın məlumatına görə, iyulun 4-də keçirilmiş oyundan sonra rəqib komanda Bakıdan İstanbula uçub.
 
Oradan İsveçin paytaxtı Stokholma uçan “Mariehamn” səyahətini avtobusla davam etdirib. Komanda təmsil etdiyi Alland adalarına isə qayıqlarla yetişəcək. Bu isə yerli vaxtla saat 18:00-a (Bakı vaxtı ilə saat 21:00) təsadüf edəcək. Yol yorğunluğuna baxmayaraq, ada komandası iyulun 7-də “Yaro” ilə Finlandiya çempionatının 18-ci tur matçına çıxacaq. Bu klub Bakıya da uzun yol qət etmiş və 14 saata çatmışdı.
 
Üstəlik, “Mariehamn”ın heyətində Bakıya gəlmiş 15 futbolçudan 2-si zədələnərək sıradan çıxıb. İlk yarıda xəsarət alaraq, əvəzlənməli olan Dever Orgil və Dieqo Assis iyulun 11-də keçiriləcək cavab görüşündə iştirak edə bilməyəcək. Bununla belə, rəqib komanda Bakını böyük ruh yüksəkliyi ilə tərk edib.
 
Qeyd edək ki, “İnter” matçın 7-ci dəqiqəsində hesabı açsa da, 72-ci dəqiqədə Alanzo Adam bərabərlik qolunu vurub – 1:1. Təmsilçimiz cavab görüşünə, “Mariehamn”dan fərqli olaraq, çarter reysi ilə yollanacaq.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu