Tiaqo Alkantara "Barselona"dan ayrılır

Tiaqo Alkantara "Barselona"dan ayrılır
XƏBƏR 5 İyul 2013 / 13:34 2191
-  A +

Son zamanlar adı "Mançester Yunayted"lə hallanan "Barselona"nın futbolçusu Tiaqo Alkantara klubun posterindən çıxardılıb.

Qol.Az-ın məlumatına görə, Kataloniya klubu rəsmi İnstaqram hesabında yeni mövsüm üçün geyiləcək formalarının təqdimatı ilə bağlı paylaşdığı bir şəkildə Tiaqo Alkantaranın olduğu hissə kəsilib.

Halbuki həmin şəkilin orijinalında Alkantara sol hissədə yer alırdı. Şəkil ilə bağlı heç bir açıqlama verilməyib. Bu isə oyunçunun yeni mövsümdən komandada forma geyinməyəcəyinin düşünülməsinə səbəb olub.

Qeyd edək ki, Alkantaranın "Mançester Yunayted"ə transfer olunacağı iddia edilir. Hətta bir çox mətbuat orqanları artıq "qırmızı şeytanlar"ın oyunçu və Kataloniya klubu ilə razılığa gəldiyini yazıb.


Son xəbərlər