“Qarabağ”ın növbəti rəqibi əsas qapıçısını itirdi

“Qarabağ”ın növbəti rəqibi əsas qapıçısını itirdi
XƏBƏR 5 İyul 2013 / 12:00 3001
-  A +

Avropa Liqasının ikinci təsnifat mərhələsinə keçəcəyi təqdirdə “Qarabağ”ın qarşılaşacağı Polşanın “Pyast” klubu Macarıstana yola düşüb.

Qol.Az-ın Polşa mətbuatına istinadın yaydığı xəbərə görə, bir müddət həmin ölkədə hazırlıq prosesində olacaq “Pyast” iyulun 18-də Avroliqada ilk matçına cıxacaq.

Böyük ehtimalla həmin görüşdə polşalıların rəqibi ilk təsnifat mərhələsinin birinci görüşündə səfərdə “Metallurq”a qalib gələn “Qarabağ” olacaq.

Qeyd edək ki, bu matçda Polşa təmsilçisi əsas qapıçısı Dariuş Trelanın xidmətlərindən istifadə edə biməyəcək. Macarıstana səfər ərəfəsində dizindən əməliyyat olunan 24 yaşlı qapıçının ən azı 2-3 həftə sonra məşqlərə başlayacağı gözlənilir ki, bu da onun ilk matçı buraxacağı anlamına gəlir.

Xatırladaq ki, “Qarabağ” mərhələ keçərsə,“Pyats”la ilk görüşü iyulun 18-də Bakıda baş tutacaq.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu