“Atletiko” “Qalatasaray”a rədd cavabı verdi

“Atletiko” “Qalatasaray”a rədd cavabı verdi
XƏBƏR 5 İyul 2013 / 11:03 2603
-  A +

"Qalatasaray" sabiq futbolçusu Ardan Turanın transferi üçün "Altetiko"dan (Madrid) mənfi cavab alıb.

Qol.Az-ın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul klubunun prezidenti Ünal Aysalın “Atletiko”nun rəhbərlərindən olan Gil Marinlə görüşü nəticəsiz başa çatıb.

Gil Marin Ü.Aysala deyib ki, Arda komandada önəmli işlər görür, bu səbəbdən onu satmaq fikrində deyillər: "Falkao kimi vacib futbolçumuzu komandadan göndərdik. Ancaq Ardadan imtina etməyəcəyik" - deyə o bildirib.

Qeyd edək ki, 2011-ci ildə "Atletiko"ya transfer olan Arda klubla dörd illik müqavilə imzalayıb.


Son xəbərlər