Allan Lalin özünə yeni klub tapdı

Allan Lalin özünə yeni klub tapdı
XƏBƏR 5 İyul 2013 / 10:56 2396
-  A +

2009-2011-ci illərdə “Xəzər Lənkəran”da oynamış Allan Lalin karyerasını Kipr çempionatında davam etdirəcək.

Qol.Az-ın xəbərinə görə, Honduras millisinin sabiq oyunçusu “Nea Salamina” klubuna keçib. 32 yaşlı hücumçu Kipr təmsilçisi ilə bir illik müqavilə bağlayıb.

Xatırladaq ki, Lalin Azərbaycandan getdikdən sonra Hondurasın “Real” və Yunanıstanın “Niki Volou” komandalarında çıxış edib.

 


Son xəbərlər