"Barselona"dan Runi üçün 25 milyon avro və David Vilya

"Barselona"dan Runi üçün 25 milyon avro və David Vilya
XƏBƏR 5 İyul 2013 / 03:08 2638
-  A +

İspaniyanın "Barselona" klubunun "Mançester Yunayted"in hücumçusu Ueyn Runi israrı davam edir.

Qol.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi Runi üçün 25 milyon avro və hücumçusu David Vilyanı verməyə hazırdır.

Lakin hələlik "Mançester Yunayted" klubu bu təklifə heç bir cavab verməyib. Daha öncə "Barselona"da oynamaq istədiyini deyən 27 yaşlı futbolçu daha sonra hazırki komandasının azarkeşlərinin rəğbətini yenidən qazanmaq üçün "Mançester Yunayted"də qalacağını bildirib. 

Qeyd edək ki, Runi ötən mövsüm Premyer Liqada keçirdiyi 37 oyunda 15 qola imza atıb.

 


Son xəbərlər