Fil Nevil yenidən "Mançester Yunayted"ə qayıtdı

Fil Nevil yenidən "Mançester Yunayted"ə qayıtdı
XƏBƏR 5 İyul 2013 / 01:05 1767
-  A +

"Mançester Yunayted"in sabiq futbolçusu Fil Nevill keçmiş komandasına geri dönüb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ötən mövsüm "Everton"da forma geyən oyunçu mövsümü başa vurduqdan sonra futbolçu karyerasını bitirdiyini açıqlamışdı.

"Qırmızı şeytanlar"ın yeni baş məşçisi David Moyes isə sabiq oyunçusunu məşqçilər heyətinə daxil edib. Nevilli seçməsi barədə isə mütəxəssis deyib:

"Fil Nevili 8 ildir ki, tanıyıram. O, özünü işə verən, çalışmağı sevən biridir. Klubu da çox yaxşı tanıyır. Onun məşqçi heyətinə də dəyərlər qatacağını düşünürəm".

Qeyd edək ki, Nevil 18 yaşından "MY"da forma geyib. Oyunçu 10 il "qırmızı şeytanlar"da şərəfini qoruduqdan sonra isə "Everton"a transfer olunub.

Son xəbərlər