"Borussiya" İlkay Gündoğana yeni müqavilə təklif edəcək

"Borussiya" İlkay Gündoğana yeni müqavilə təklif edəcək
XƏBƏR 5 İyul 2013 / 00:09 1329
-  A +

"Çelsi", "Real" (Madrid) və "Barselona" klublarının maraqlandığı iddia edilən Dortmund "Borussiya"sının futbolçusu İlkay Gündoğanın gələcək taleyi bu ay dəqiqləşəcək.

Qol.Az-ın məlumatına görə, türkəsilli yarımmüdafiəçinin atası İspaniya mətbuatına açıqlamasında bildirib ki, Dortmund klubu bu ay oyunçusuna yeni müqavilə təklif edəcək:

"Biz də bu təklifi dəyərləndirəcəyik. İlkayın İspaniya və ya İngiltərəyə getməsinin hələlik tez olduğunu düşünürəm".

Qeyd edək ki, 22 yaşlı futbolçunun "Borussiya" ilə 2015-ci ilə qədər müqaviləsi var.

Son xəbərlər
topaz banner