Pike: "Runi "Barselona"da problem yaşamaz"

Pike: "Runi "Barselona"da problem yaşamaz"
XƏBƏR 5 İyul 2013 / 00:01 2068
-  A +

"Barselona"nın futbolçusu Xerard Pike Kataloniya klubunda görmək istədiyi oyunçunun adını açıqlayıb.

Qol.Az-ın "Sport"a istinadən verdiyi məlumata görə, ispan müdafiəçi "Mançester Yunayted"in hücumçusu Ueyn Runinin komandaya transfer olunmasını istəyir.

"Runi dünyanın ən yaxşısı üç oyunçusu arasında yer ala biləcək xüsusiyyətlərə malikdir. O, bizimlə çox uyumlu olar. Çünki sürətli, güclü və texnikalı futbolçudur. Burada heç bir problem yaşamaz" - deyə Pike bildirib.

Qeyd edək ki, Runi ötən mövsüm forma geydiyi 26 matçda 12 qol vurub.

 


Son xəbərlər
topaz banner