Pekka Luski: "İnter"dən daha güclü oyun gözləyirdim"

Pekka Luski: "İnter"dən daha güclü oyun gözləyirdim"
XƏBƏR 4 İyul 2013 / 23:20 2276
-  A +

"Oyun çox çətin alındı. "İnter" 60 dəqiqə yaxşı oynadı. Daha sonra oyun bərabər səviyyədə keçdi. Yəni, oyunu ələ ala bildik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Mariehamn" klubunun baş məşqçisi Pekka Luski "İnter"lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Yuski bu gün "İnter"dən daha güclü oyun gözlədiyini bildirib: "İki əsas oyunçumuz zədələndi. "İnter"dən bu gün daha güclü oyun gözləyirdim. Nəticə bizim üçün qaneedicidir. Biz evdə daha yaxşı oynayırıq. İnanıram ki, evdə uğurlu nəticə qazanacağıq. Stadiondan da razı qaldım. Yaxşı ab-hava var idi".

Qeyd edək ki, "İnter" - "Mariehamn" oyunu 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər
topaz banner