"İquain yeni mövsümdən "Arsenal"da oynayacaq"

"İquain yeni mövsümdən "Arsenal"da oynayacaq"
XƏBƏR 4 İyul 2013 / 18:53 2679
-  A +

Madridin "Real" klubunun futbolçusu Qonzalo İquainin atası Xorxe İquain oğlunun karyerası haqqında önəmli açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, ata İquain "Foc Sports Argentin"ə müsahibəsində hücumçunun yeni mövsümdə "Arsenal"da forma geyəcəyini deyib.

"Real"dan "Arsenal"la görüşmələrə başlamaq üçün icazə aldıq. Oğlumu yeni mövsümdə İngiltərə Premyer Liqasında izləyəcəyim üçün çox şanslıyam" - deyə X.İquain bildirib.

Qeyd edək ki, Madrid klubunun yeni baş məşqçisi Karlo Ançelottinin komandada düşünmədiyi argentinalı futbolçu ilə "Yuventus" da yaxından maraqlanır.

 


Son xəbərlər
topaz banner