"Barselona"nın forması da rekord qırdı

"Barselona"nın forması da rekord qırdı
XƏBƏR 4 İyul 2013 / 17:49 2726
-  A +

İspaniyanın "Barselona" klubu forma satışında rekord qırıb.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, səfər oyunlarında geyəcəyi "sarı qırmızı" rəngli formasını iyunun 19-da satışa çıxaran klubun bütün mağazalarında artıq formaların hamısı satılıb.

Əldə olan formaların bitməsi ilə yeni sifarişləri çətinliklə çatdırılan forma, sadəcə Kataloniya klubunun deyil, dünyadakı bütün komandalar arasında ən tez satılan forma olub.

Qeyd edək ki, sözügedən formanın təqdimatında "Barsa"nın prezidenti Sandro Rossel bunun ən çox satılacağını demişdi.

Son xəbərlər
topaz banner