"Silvanı "Barselona"ya satmayacağıq"

"Silvanı "Barselona"ya satmayacağıq"
XƏBƏR 4 İyul 2013 / 17:15 2026
-  A +

PSJ klubu futbolçusu Tiaqo Silvanın "Barselona"ya satıb-satmayacağı ilə bağlı rəsmi açıqlama verib.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, klubun sahibi Nasser Əl-Xələfi oyunçunu satmayacaqlarını deyib:

"Silva müqaviləsi bitənə qədər klubda qalacaq. Problem "Barselona"nın yetəri qədər təzminat qiyməti verməməsində deyil. Biz sadəcə onu satmaq istəmirik. Hər hansı klubla da danışıqlar aparmayacağıq".

Qeyd edək ki, braziliyalı futbolçunun Paris təmsilçisi ilə 2017-ci ilə qədər müqaviləsi var.

Son xəbərlər
topaz banner