"Mançester Siti" "Atletiko"ya rəqib oldu

"Mançester Siti" "Atletiko"ya rəqib oldu
XƏBƏR 4 İyul 2013 / 16:52 2493
-  A +

Madrid "Atletiko"sunun transfer etmək istədiyi "Sevilya"nın futbolçusu Alvaro Neqredoya daha bir klub "elçi" düşüb.

Qol.Azın "BBC"yə istinadən verdiyi məlumata görə, İngiltərənin "Mançester Siti" klubu da oyunçunu transfer etmək istəyir.

Neqradonu komandaya gətirməklə klub "Yuventus"a satdığı Karlos Tevezin yerini doldurmaq niyyətindədir. Bundan başqa, "Mançester Siti" futbolçusu Xesus Navasla Neqredonun illərlə bir yerdə oynadığı üçün komandaya daha faydalı olacağını düşünür.

Qeyd edək ki, futbolçunun qiymətinin 24 milyon avro olduğu bildirilir.

Son xəbərlər
topaz banner