Millimizin oyunçusu tibbi baxışdan keçdi

Millimizin oyunçusu tibbi baxışdan keçdi
XƏBƏR 4 İyul 2013 / 16:13 2166
-  A +

Azərbaycan milli komandasının futbolçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" klubunun 9 futbolçusu  yeni mövsümə hazırlıq öncəsi tibbi müayinədən keçib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müayinədən keçən oyunçular arasında C.Özkara da olub.

Daha sonra builki hədəflərindən danışan türk əsilli oyunçu deyib: "Hədəfimiz daha böyükdür.  Yaxşı bir komanda olub, azarkeşlerə zövq verəcək futbol nümayiş etdirmək istəyirik" - deyə Özkara bildirib.


Son xəbərlər
topaz banner