Ronaldo: "İstər Neymar olsun, istər bir başqası...”

Ronaldo: "İstər Neymar olsun, istər bir başqası...”
XƏBƏR 4 İyul 2013 / 14:45 3823
-  A +

“Real”ın hücumçusu Kriştiano Ronaldo “Barselona”nın transfer siyasətinin onu narahat etmədiyini deyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Portuqaliya millisinin üzvü Neymarla bağlı suala cavabında qeyd edib ki, Kataloniya təmsilçisinin kimi alması onu maraqlandırmır.

“İstər, Neymar olsun, istər, bir başqası... “Barselona” çox güclü komandadır. Amma “Real” dünyanın ən böyük klubudur. Ona görə də məni heç nə narahat etmir” – deyə o vurğulayıb.


Son xəbərlər
topaz banner