Qvardiola Pisarronu saxladı

Qvardiola Pisarronu saxladı
XƏBƏR 4 İyul 2013 / 13:51 2045
-  A +

“Bavariya” Peru millisinin hücumçusu Klaudio Pisarro ilə yeni müqavilə imzalayıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, anlaşmaya əsasən 34 yaşlı hücumçu daha bir il Münhen klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, Pisarro 2001-2007-ci illərdə və 2012-ci ildən üzü bəri “Bavariya”da çıxış edir.

Xatırladaq ki, mövsüm başa çatandan sonra Münhen komandasına Xosep Qvardiola rəhbərlik etməyə başlayıb.


Son xəbərlər
topaz banner