Djibril Sisse Rusiya Premyer Liqasında

 Djibril Sisse Rusiya Premyer Liqasında
XƏBƏR 4 İyul 2013 / 13:22 2531
-  A +

Fransa millisinin sabiq oyunçusu, son mövsümü Qətərin “Əl-Qaraf” klubundan keçirən Djibril Sisse futbolçu karyerasını Rusiya Premyer Liqasında davam etdiricək.

Qol.Az-ın xəbərinə görə, 31 yaşlı hücumçu "Kuban"la müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ancaq müqavilənin şərtləri barədə məlumat verilməyib.

Sözləşmənin imza sonra fikirlərini bildirən Sisse bu transferin onu xoşbəxt etdiyini deyib: "Dostum Kaboredən "Kuban" haqqında çox söz eşitmişəm. Yolun başəndayam və Rusiyada yaxşı uğurlar əldə etmək istəyirəm".

Qeyd edək ki, Sisse Qətərin "Al- Qarafa" klubunda icarə əsasında forma geyib və iştirak etdiyi 9 oyunda 1 qol vurub.


Son xəbərlər
topaz banner