"Çelsi" daha bir transfer gerçəkləşdirdi

"Çelsi" daha bir transfer gerçəkləşdirdi
XƏBƏR 4 İyul 2013 / 12:47 3632
-  A +

İngiltərənin "Çelsi" klubu daha bir transferi gerçəkləşdirib.


Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Hollandiyanın "Vitess" klubunun futbolçusu Marko van Qinkellə rəsmi müqavilə imzalanacaq. Futbolçu tibbi müayinədən keçdikdən komandaya qatılacaq. Müqavilənin müddəti və transfer qiyməti barədə isə məlumat verilmir.

Qeyd edək ki, yarımmüdafiəçi Qinkel son mövsüm Hollandiya çempionatının ən yaxşı gənc oyunçusu seçilib. O, "Vitess"də forma geydiyi 41 matçda 12 qol vurub.


Son xəbərlər
topaz banner