"Real"ın futbolçusu "Yuventus"a doğru

"Real"ın futbolçusu "Yuventus"a doğru
XƏBƏR 4 İyul 2013 / 12:16 2976
-  A +

İtaliyanın "Yuventus" klubu Madrid "Real"ının futbolçusu Anxel Di Mariyaya "elçi" düşüb.

Qol.Az-ın məlumatına görə, son İtaliya çempionu artıq argentinalı futbolçu ilə danışıqlara start verib.

"Real"ın baş məşqçisi Karlo Ançelottinin də Di Mariyanı komandasında görmək istəməməsi "Yuventus"un işinə yarayıb. Tərəflər razılığa gələcəkləri təqdirdə 25 yaşlı futbolçu yeni mövsümdən "Yuventus"un şərəfini qoruyacaq.

Qeyd edək ki, 2010-cu ildən "Real"da çıxış edən Di Mariya keçirdiyi 89 oyunda 18 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər
topaz banner