"Real" Qaret Beyldən imtina etdi

"Real" Qaret Beyldən imtina etdi
XƏBƏR 4 İyul 2013 / 11:27 2697
-  A +

İspaniyanın "Marca" qəzeti "Real" (Madrid) klubunun "Tottenhem"in futbolçusu Qaret Beyli transfer etmək istəməsi ilə bağlı gözlənilməz bir xəbər yayıb.

Qol.Az-ın məlumatına görə, qəzet Madrid klubunun prezidenti Florentino Perezin uelsli futbolçunun transferindən imtina etdiyini yazır.

Buna səbəb kimi "kral klubu"nun göndərdiyi son təklifi "Tottenhem"in rədd etməsi göstərilir.

Qeyd edək ki, "Real" klubu daha öncə Beylin transferi üçün 100 milyon avro verməyə hazır olduğunu açıqlamışdı.

Son xəbərlər
topaz banner