"Qarabağ" – "Metallurq" matçının başlama saatı açıqlandı

"Qarabağ" – "Metallurq" matçının başlama saatı açıqlandı
XƏBƏR 4 İyul 2013 / 11:09 2654
-  A +

Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ” və Makedoniyanın “Metallurq” komandaları arasında iyulun 11-də keçiriləcək cavab görüşünün başlama saatı müəyyənləşib.

Bu barədə Lent.az-a oyunun baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov məlumat verib.
 
Onun sözlərinə görə, qarşılaşmanın start fiti saat 21:00-da çalınacaq. Oyunu çexiyalı baş hakim Radek Matejek idarə edəcək.
 
Qeyd edək ki, iyulun 2-də Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş ilk matçda “Qarabağ” qalib gəlib – 1:0.

Son xəbərlər
topaz banner