Kavaniyə təkliflər gəlməkdə davam edir

Kavaniyə təkliflər gəlməkdə davam edir
XƏBƏR 3 İyul 2013 / 19:30 3028
-  A +

PSJ klubu "Napoli"nin futbolçusu Edinson Kavani ilə maraqlandıqlarını təsdiqləyib.

Qol.Az-ın məlumatına görə, Paris təmsilçisinin yeni çalışdırıcısı Loran Blan "Les Parissiens"ə müsahibəsində bildirib ki, uruqvaylı oyunçunun transferi üçün artıq İtaliya klubu ilə görüşmələrə başlanılıb:

"Kavanini çox bəyənirəm. Bəli, onunla yaxından maraqlanırıq".

Komandadan ayrılması gündəmdə olan Tiaqo Silva haqqında danışan Blan müdafiəçinin klubda qalacağından əmin olduğunu söyləyib: "Prezident də, mən də onun burada qalmasını istəyirik. Silva ilə danışdıqdan sonra onun PSJ-də qalacağını hiss etdim".

Son xəbərlər
topaz banner