Berluskoni: "Balotellinin azarkeşiyəm"

Berluskoni: "Balotellinin azarkeşiyəm"
XƏBƏR 3 İyul 2013 / 18:23 1940
-  A +

"Milan"ın prezidenti Silvio Berluskoni klubun futbolçuları Stefan Əl Şaaravi və Mario Balotelli haqqında danışıb.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Berluskoni Əl Şaaravinin komandada qalmasından məmnun olduğunu deyib:

"Bir azarkeş olaraq o, bizimlə qaldığı üçün çox xoşbəxtəm. 20 yaşında olmasında baxmayaraq çempion olmuş bir oyunçudur. Şaaravinin özünü sübut etmək üçün xeyli vaxtı var. Ondan yeni mövsüm də ən yüksək səviyyəli oyun gözləyirəm.

Klubun digər məşhur oyunçusu Mario Balotelli barədə isə Berluskonu bunları deyib: "Onun azarkeşiyəm. Fiziki və texniki olaraq dünyanın ən yaxşı futbolçuları arasındadır. Uzun müddətdir ki, ona dəstək oluram".


Son xəbərlər
topaz banner