"Sumqayıt"dan daha bir rəsmi transfer

"Sumqayıt"dan daha bir rəsmi transfer
XƏBƏR 3 İyul 2013 / 17:13 2437
-  A +

"Sumqayıt" 2013/2014 mövsümü üçün transfer çalışmalarını davam etdirir.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə,Budaq Nəsirov və Saşa Yunisoğlunu heyətinə qatan komanda son olaraq "Fakel"də çıxış edən Adil İbrahimovu transfer edib. 24 yaşlı azərbaycanlı futbolçu klubla iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, karyerasına "Ximki"də başlayan Adil İbrahimov Rusiya çempionatında 36 qarşılaşmada 2 qol vurub. "Skonto"nun heyətində 16 oyun keçirmiş adıçəkilən futbolçu "Fakel"də də 16 oyuna çıxıb.


Son xəbərlər
topaz banner