"Atletiko"nun baş məşqçisi nədən gileyləndi?

"Atletiko"nun baş məşqçisi nədən gileyləndi?
XƏBƏR 3 İyul 2013 / 16:52 2016
-  A +

"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone yeni transferlə bağlı rəhbərliyə mesaj yollayıb.

Qol.Az-ın məlumatına görə, argentinalı mütəxəssis "Marca"ya müsahibəsində rəqibləri "Real"ın İskonu, "Barselona"nın isə Neymarı heyətinə qataraq önəmli transferlər etdiyini deyib.

Lakin o, öz klubunun indiyə kimi bir futbolçunu belə almamasından narazılığını gizlətməyib.

"Heyətimizi gücləndirməyimizin vacibliyi göz qabağındadır. Komandadan ayrılan Falkaonun yerini hələ də doldurmamışıq. Bizi daha yaxşı yerlərə gətirəcək bir hücumçu və yarımmüdafiəçi axtarırıq" - deyə Simeone bildirib.

Son xəbərlər
topaz banner