Messi: "Neymara güvənirəm"

Messi: "Neymara güvənirəm"
XƏBƏR 3 İyul 2013 / 10:58 2146
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi yeni komanda yoldaşı Neymar haqqında danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, argentinalı hücumçu Kataloniya klubunun Neymarı transfer etməklə çox düzgün seçim etdiyini deyib: "Hədəflərimizə çatmaq üçün Neymar yaxşı transferdir. Ona  güvənirəm. Məncə özünü daha da inkişaf etdirə bilər. Braziliya millisində və "Santos"dakı oyunundan daha yaxşı edə bilər".

Qeyd edək ki, "Barselona"  braziliyalı hücumçu ilə 5 illik müqavilə imzalayıb.


Son xəbərlər
topaz banner