Ançelotti İbrahimoviçi Madridə gətirir

Ançelotti İbrahimoviçi Madridə gətirir
XƏBƏR 3 İyul 2013 / 03:01 3400
-  A +

PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, isveçli forvard "Real" (Madrid) klubunun maraq dairəsinə düşüb.

"Real"ın hazırki baş məşqçisi Karlo Ançelotti yeni mövsümdən sabiq futbolçusunu komandasında görmək istəyir. İbrahimoviç də Ançelottinin gedişindən sonra PSJ-də qalmaq istəmədiyini açıqlayıb. Belədə 31 yaşlı futbolçunun "Real"a keçidi daha real görünür. Üstəlik "Kral klubu"nun İbrahimoviç üçün 20 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, ötən mövsüm PSJ-nin heyətində 34 oyun keçirən İbrahimoviç 30 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər
topaz banner