"Liverpul"dan növbəti rəsmi transfer

"Liverpul"dan növbəti rəsmi transfer
XƏBƏR 3 İyul 2013 / 02:21 3171
-  A +

Yeni mövsümə hazırlıqlarını davam etdirən İngiltərənin "Liverpul" klubu növbəti transferini həyata keçirib.

Qol.Az-ın məlumatına görə, Liverpul təmsilçisi bu dəfə "Mançster Siti"nin futbolçusu Kolo Ture ilə güclənib.

Klubun rəsmi saytının yazdığı xəbərə görə, "mersisaydlılar" Fil Dişi Sahili yığmasının futbolçusu ilə müqavilə imzalayıblar. Lakin müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Kolo Ture yeni mövsüm üçün "Liverpul" klubunun həyata keçirdiyi dördüncü transfer olub. Komanda buna qədər Luis Alberto, Yaqo Aspas və Simon Minolyeni heyətinə qatmışdı.


Son xəbərlər
topaz banner