PSJ-dən Edinson Kavaniyə 50 milyon avro

PSJ-dən Edinson Kavaniyə 50 milyon avro
XƏBƏR 3 İyul 2013 / 01:56 2049
-  A +

Fransanın PSJ klubu "Napoli"nin hücumçusu Edinson Kavaniyə "elçi" düşüb.

Qol.Az-ın "BBC"yə istinadən verdiyi məlumata görə, "Mançester Siti" və "Çelsi"nin ardından Paris təmsilçisi də uruqvaylı futbolçunu transfer etmək istəyir.

Son Fransa çempionu Kavaninin keçidi üçün qarşı tərəfə 50 milyon avro təklif edib. Lakin "Napoli" rəhbərliyi Kavanini yalnız 63 milyon avro müqabilində sata biləcəklərini açıqlayıb. Belədə, Kavaninin bu mövsüm transfer bir qədər imkansız görünür.

Qeyd edək ki, Kavani daha öncə verdiyi açıqlamasında fərqli ölkədə forma geyinmək istədiyini bildirmişdi. 


Son xəbərlər
topaz banner