Həbs olunmuş futbolçu səhvən azadlığa buraxıldı

Həbs olunmuş futbolçu səhvən azadlığa buraxıldı
XƏBƏR 3 İyul 2013 / 00:47 2752
-  A +

İngiltərə polisi həbs etdiyi Premyer Liqanın futbolçusunu yanlışlıqla azadlığa buraxıb.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, "Mançester Siti" klubunun və İngiltərə U-18 millisinin oyunçusu Kotni Meppena-Ualter 2012-ci il sentyabın 1-də iki nəfəri maşını ilə vuraraq, onların ölümlərinə səbəb olduğu üçün 16 aylıq həbs olunub.

Lakin polis yanlış olaraq gənc futbolçunu iyulun 1-də azadlığa buraxılıb. Edilən səhv ortaya çıxdıqdan sonra isə polis dünən yenidən Ualteri həbsxanaya gətirib.

Qeyd edək ki, həbsxananın mətbuat katibi bu cür vəziyyətə çox nadir hallarda rast gəlindiyini bildirib. Mətbuat katibi həmçinin bu barədə araşdırma aparılacağını söyləyib.


Son xəbərlər
topaz banner