"Premyer Liqada oynamaqdan sıxılmışam"

"Premyer Liqada oynamaqdan sıxılmışam"
XƏBƏR 2 İyul 2013 / 15:16 2405
-  A +

"Tottenhem"in futbolçusu Qaret Beyl Çempionlar Liqasında oynamaq üçün darıxdığını deyib.

Qol.Az-ın məlumatına görə, uelsli yarımmüdafiəçi "Esquire"yə müsahibəsində Premyer Liqada oynamaqdan artıq sıxıldığını bildirib:

"Premyer Liqada mütəmadi olaraq müdafiədə oynayan kiçik klublarla oynamaqdan sıxılmışam. Çempionlar Liqasında hər zaman hücumda, açıq futbol oynayan komandalar olur. Burada heç kəs müdafiədə oynamağı sevmir. Bütün klublar mütəmadi olaraq hücum edərək matçı qazanmağa çalışır".

Qeyd edək ki, ötən mövsüm "Tottenhem" Çempionlar Liqasında oynamağı bir xal fərqlə əldən vermişdi. London klubu bu mübarizədə əzəli rəqibi "Arsenal"a uduzmuşdu.

Son xəbərlər
topaz banner