Mirça Luçeskuya şok ittiham

Mirça Luçeskuya şok ittiham
XƏBƏR 2 İyul 2013 / 15:02 2559
-  A +

"Şaxtyor" (Donetsk) klubunun baş məşqçisi Mirça Luçesku haqqında gözlənilməz ittihamlar səslənib.

Qol.Az-ın məlumatına görə, Ukrayna milli komandasının sabiq futbolçusu Viktor Leonenko 2004-cü ildən indiyə kimi hazırkı klubunu çalışdıran və ümumilikdə 17 kubok qazanan rumıniyalı mütəxəssisin buradakı uğurlarını düzgün yolla əldə etmədiyini söyləyib:

"Yəqin ki, hər kəs onun bu qədər kuboku necə qazandığını təxmin edə bilir. Bir kluba hakimlər doğru-düzgün sarı və qırmızı vərəqə göstərmirsə, deməli, burada yolunda getməyən bir şeylər var."

Qeyd edə ki, Luçesku "Şaxtyor"a indiyə kimi 7 ölkə çempionluğu, 1 UEFA Kuboku və ümumilikdə 17 kubok qazandırıb.


Son xəbərlər
topaz banner