"Mançester Siti" Fredi istəyir

"Mançester Siti" Fredi istəyir
XƏBƏR 2 İyul 2013 / 12:54 2177
-  A +

İngiltərənin "Mançester Siti" klubu Braziliya millisinin və "Fluminense"nin hücumçusu Fredə "elçi" düşüb.

Qol.Az-ın məlumatına görə, Mançester təmsilçisi komandadan ayrılan Karlos Tevezin yerini məhz Fredlə doldurmaq niyyətindədir.

İngilis klubu Konfederasiyalar kubokunda özünü ən yaxşı tərəfdən göstərən Fredlə artıq danışıqlara başlayıb. 29 yaşlı futbolçu hələlik bu təklifə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, Fred ötən mövsüm Braziliya çempionatında 28 oyun keçirib və 20 qola imza atıb.


Son xəbərlər
topaz banner