"Arsenal"dan rəsmi transfer

"Arsenal"dan rəsmi transfer
XƏBƏR 2 İyul 2013 / 10:32 3413
-  A +

İngiltərənin "Arsenal" klubu gələn mövsüm üçün ilk  rəsmi transferini gerçəkləşdirib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, London təmsilçisi  "Oser"in futbolçusu Yaya Sanoqonu heyətinə qatıb. 20 yaşlı hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb. Fransa U-20-nin oyunçusunun Dünya Çempionatından sonra heyətə qatılacağı bildirilir.

Bu transfer barədə fikirlərini bildirən klubun baş məşqçisi Arsen Venger yeni futbolçusunu bəyəndiyini deyib: "Sanoqo bizim üçün yaxşı bir transferdir. O, "Oser" klubu və Fransa U-20 yığması ilə öz potensilanı göstərdi. Onun komandaya gəlməsini səbirsizliklə gözləyirik".

Qeyd edək ki, Sanogo ötən mövsüm "Oser"in heyətində 24 oyuna çıxıb və 11 dəfə fərqlənib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner