"Yuventus" "Real"ın təklifini rədd etdi

"Yuventus" "Real"ın təklifini rədd etdi
XƏBƏR 2 İyul 2013 / 01:22 3162
-  A +

"Real" (Madrid) klubunun "Yuventus"un yarımmüdafiəçisi Artur Vidalı transfer etmək istəyi baş tutmayıb.

Qol.Az-ın məlumatına görə, Turin təmsilçisi "kral klubu"nun 28 milyon avroluq təklifini rədd edib.

Son İtaliya çempionu təcrübəli futbolçusunu satmaq niyyətində olmadığını açıqlayıb. "Yuventus"la 5 illik müqaviləsi olan Vidalın da komandada qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, Vidal ötən mövsüm "Yuventus"un heyətində 40 oyun keçirib və 13 qol vurub. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner