"Monako"dan daha bir transfer

"Monako"dan daha bir transfer
XƏBƏR 1 İyul 2013 / 18:40 4088
-  A +

İki ildən sonra yenidən yüksək liqaya yüksələn "Monako" klubu daha bir transfer edib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Fransa klubu "Olimpiakos"un futbolçusu Qaetano Monakellanı heyətinə qatıb.

19 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb. Bununla da "Monako" yeddinci transferini rəsmiləşdirib. Xatırladaq ki, indiyə kimi klub Rodriqes, Moutinyo, Rikardo Karvalyo, Radamel Falkao, Nikolas Mirin və Anton Martialı transfer etmişdi.

Qeyd edək ki, Monakelle ötən mövsüm forma geydiyi 13 matçda 7 qol vurub.


Son xəbərlər
topaz banner