Qvardiola "Çelsi"nin futbolçusunu istəyir

Qvardiola "Çelsi"nin futbolçusunu istəyir
XƏBƏR 1 İyul 2013 / 17:46 3565
-  A +

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola növbəti transfer hədəfini açıqlayıb.

Qol.Az-ın "Sport es"ə istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis Braziliya millisinin və "Çelsi"nin müdafiəçisi David Luizi komandasında görmək istəyir.

"Çelsi"nin çalışdırıcısı Joze Mourinyonun braziliyalı futbolçunun xidmətində maraqlı olmaması Qvardiolanı hərəkətə keçirib. 26 yaşlı futbolçunun da Qvardiola ilə çalışmaq istədiyi bildirilir.

Qeyd edək ki, Luiz ötən mövsüm Premyer Liqada "Çelsi"nin heyətində 30 oyuna çıxıb və cəmi iki qola imza atıb.


Son xəbərlər
topaz banner