Neymar: "Belə nəticəni gözləmirdim"

Neymar: "Belə nəticəni gözləmirdim"
XƏBƏR 1 İyul 2013 / 14:52 2059
-  A +

Braziliya milli komandasının futbolçusu Neymar Konfederasiyalar Kubokunda İspaniya ilə final matçından sonra açıqlamalar verib.

Qol.Az-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu rəqibi 3:0 hesabı ilə məğlub edəcəklərini gözləmədiyini deyib:

"Sözün düzü, bunu gözləmirdim. Sadəcə soyunub-geyinmə otağında necə oynayacağımızı danışmışdıq. Çox baxımlı bir matç oldu və bütün dünya bizi izlədi. Ən yaxşı oyunumuzu sərgilədiyimiz bu qarşılaşmada nəticənin bu cür olmasından qürur duyuram. Bu komandanın gələcək uğurlar əldə etməsi üçün böyük bir addımdır".

Qeyd edək ki, Neymar Konfederasiyalar kubokunun ən yaxşı oyunçusu seçilib və "Qızıl top"u qazanıb.

 


Son xəbərlər
topaz banner