Konfederasiyalar kubokunun ən yaxşı oyunçuları müəyyənləşdi

Konfederasiyalar kubokunun ən yaxşı oyunçuları müəyyənləşdi
XƏBƏR 1 İyul 2013 / 13:41 2841
-  A +

Braziliyada başa çatan Konfederasiyalar kubokunun ən yaxşı oyunçuları müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, Braziliya milli komandasının futbolçusu Neymar turnirin ən yaxşısı adını qazanıb və "Qızıl top"a layiq görülüb.
 
İspaniya millisinin futbolçusu Andres İnyesta bu siyahıda ikinci olub. Ona "Gümüş top" təqdim edilib. Siyahıda üçüncü yerdə Braziliya millisinin baş bir futbolçusu Pounlinyo qərarlaşıb və " Bürünc top"u qazanıb. Turnirin ən yaxşı hücumusu olan (5 qol) İspaniya milli komandasının hücumçusu Fernando Torresə "Qızıl buts" mükafatı verilib.

Turnirin ən yaxşı qapıçısı isə Braziliya millinin  qolkiperi Julio Sezar seçilib.


Son xəbərlər
topaz banner