"Qarabağ" Makedoniyaya yollandı

"Qarabağ" Makedoniyaya yollandı
XƏBƏR 1 İyul 2013 / 12:34 1929
-  A +

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Metallurq"un qonağı olacaq "Qarabağ" klubu artıq Makedoniyaya yola düşüb.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi adı çəkilən ölkəyə Türkiyənin paytaxtı Ankaradan yollanıb.

Qurban Qurbanovun komandası bu axşam matçın keçiriləcəyi "II Filip" stadionunda məşqə çıxacaq.

Qeyd edək ki, "Metallurq" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


Son xəbərlər
topaz banner