Neymar: “Runi ilə bir komandada oynamaq mənim arzumdur”

Neymar: “Runi ilə bir komandada oynamaq mənim arzumdur”
XƏBƏR 1 İyul 2013 / 12:31 2507
-  A +

"Barselona"nın yeni transferi Neymar "Mançester Yunayted"dən ayrılacağı gözlənilən Ueyn Runi haqda müsbət fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, ispan hücumçunu çox bəyəndiyini deyən  Neymar onu Kataloniya klubunda görmək istədiyini bildirib: "Runi ilə bir neçə dəfə bir araya gəlmişəm. O, yaxşı insandır, ancaq ən önəmlisi dünyada bəyəndiyim futbolçulardan biridir. İnanılmaz texnikası var”.


Braziliyalı hücumçu qeyd edib ki, arzularından biri Runi ilə birlikdə oynamaqdır: "O, həm "Barselona"ya, həm də digər Avropa klublarına böyük fayda verə bilər. Ancaq mənim arzularımdan biri onunla birlikdə oynamaqdır".


Son xəbərlər
topaz banner